2021-ci il ABŞ Açıq çempionatının qalibi, rusiyalı tennisçi Daniil Medvedev həyatda ona əsl zövq verən məşğuliyyətlərdən danışıb. Məşhur idmançı öz peşəsini sevsə də, korta çıxmağı sadəcə bir iş adlandıraraq bundan o qədər də həzz almadığını etiraf edib.
Postxronika.az xəbər verir ki, reytinqdə onuncu pillədə qərarlaşan raketka ustası gündəlik məcburiyyətlərdən kənar fəaliyyətlərin ona daha çox sevinc bəxş etdiyini bildirib. Medvedev ailəsi ilə vaxt keçirməyin, "Bavariya"nın oyunlarını izləməyin, kartinq və ya "PlayStation" oynamağın onun üçün əsl istirahət olduğunu vurğulayıb. O, "BB Tennis" kanalına müsahibəsində dadlı desertlərin belə, gərgin qrafikdən uzaqlaşmaq üçün ideal vasitə olduğunu qeyd edib.