Volkan Dəmirəl komandası "Gençlerbirliği"nin səfərdə "Konyaspor"a məğlubiyyətini qiymətləndirib.
Postxronika.az xəbər verir ki, Trendyol Super Liqasının 27-ci həftəsində "Konyaspor"a 1-0 hesabı ilə uduzan "Gençlerbirliği"nin məşqçisi Volkan Dəmirəl matçdan sonra açıqlama verib:
"Bir çox asan qol şansı yaratmağı planlaşdırmışdıq və ilk hissədə buna nail olduq, amma çox dəqiq seçimlər edə bilmədik. Yaratdığımız qol şanslarından yaxşı istifadə edə bilmədik. İkinci hissədə həm azarkeşləri, həm də ev üstünlüyü ilə "Konyaspor"un təzyiqinə məruz qaldıq. Qol vurdular və qol şansları yaratdılar. Bəlkə də buradan 1 xalla ayrıla bilərdik. Məğlub olduğumuz üçün kədərliyəm."