Sergen Yalçın "Beşiktaş"ın "Kasımpaşa" üzərində qazandığı qələbəni və mövsümün qalan hissəsi üçün hədəflərini qiymətləndirib.
Postxronika.az xəbər verir ki, Trendyol Super Liqasının 27-ci həftəsində komandasını "Kasımpaşa"ya qarşı 2-1 hesablı qələbəyə aparan "Beşiktaş"ın məşqçisi Sergen Yalçın matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Derbidən sonra liqada hədəflər qoymaq artıq çətindir. Əgər derbidə qalib gəlsəydik, ilk üçlükdə yer almaq şansımız 90 faiz olardı. Biz yalnız liqadakı hazırkı mövqeyimizi qorumağa çalışırıq. Zirvəyə yüksəlmək üçün başqalarına baxmalıyıq. "Beşiktaş" qalan 7 matçın hamısında qalib gəlmək istəyir. Türkiyə Kuboku bizim üçün dəyərlidir, Avropaya asan bir biletdir. Hazırda bu, bizim üçün daha vacib hala gəlib".