Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-də 45 yeni cinayət faktının, habelə əvvəlki dövrlərdən bağlı qalan 2 işin açılması təmin edilib.

Postxronika.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, müxtəlif əməllər törətməkdə şübhəli bilinən 41 nəfər polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Axtarışda olan ümumilikdə 45 şəxs, o cümlədən borclu qismində axtarılan 28 nəfər tapılaraq aidiyyəti qurumlara təhvil verilib.

Gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15, qanunsuz silah-sursatın saxlanılması ilə əlaqədar isə 10 fakt aşkar edilib.