Livan rəsmiləri və səhiyyə işçiləri İsrail ordusunun cənub bölgələrindəki tibb mərkəzlərini və təcili yardım briqadalarını şüurlu şəkildə bombaladığını bildirirlər. Bu amansız zərbələrin əsas məqsədinin ərazini yaşanmaz hala gətirmək olduğu vurğulanır və beynəlxalq təşkilatlar tərəfindən hərbi cinayət kimi qiymətləndirilir.

Postxronika.az  Livan Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumata əsasən xəbər verir ki, martın 2-dən etibarən ən azı 128 tibbi obyektə və xidməti avtomobilə atəş açılıb, nəticədə 40 xilasedici həlak olub, 107 nəfər isə xəsarət alıb. Hücumların əksəriyyəti heyət mərkəzlərdə gözləyərkən və ya yaralıları təxliyə edərkən "ikiqat hücum" taktikası tətbiq olunmaqla həyata keçirilib. Artan təhlükə fonunda personal itkiləri minimuma endirmək üçün qruplardakı işçi sayını azaltmaq və bir-birindən aralı məsafədə dincəlmək kimi qabaqlayıcı tədbirlər görməyə məcbur qalıb. İsrail komandanlığı qarşı tərəfin sanitar maşınlardan hərbi məqsədlərlə istifadə etdiyini iddia etsə də, indiyədək həmin ittihamı təsdiqləyəcək heç bir real sübut təqdim olunmayıb.