"Bavariya"nın baş məşqçisi Vinsent Kompani Bundesliqanın 27-ci turu çərçivəsində "Union Berlin"ə qarşı keçirəcəkləri ev matçı ilə bağlı fikirlərini bölüşüb. Belçikalı mütəxəssis rəqibin güclü tərəflərinə bələd olduqlarını və cari mövsümdə onlarla artıq üçüncü dəfə üz-üzə gələcəklərini vurğulayıb. Çalışdırıcı doğma meydanda fərqli oyun nümayiş etdirmək istədiklərini bildirərək, paytaxt təmsilçisi ilə mübarizənin heç vaxt asan keçmədiyini xatırladıb.
Postxronika.az xəbər verir ki, Almaniya çempionatında geridə qalan 26 turdan sonra komandaların turnir cədvəlindəki mövqeləri kəskin fərqlənir. Hazırda Münhen klubu 67 xal toplayaraq yarışın vahid lideri statusunu qoruyur. Berlin təmsilçisi isə aktivindəki 31 xalla sıralamada doqquzuncu pillədə qərarlaşıb.