Tehran rəhbərliyi İsrailin mühüm nüvə təsisatına ev sahibliyi edən Dimona şəhərinə raket hücumu həyata keçirib.
Postxronika.az xəbər verir ki, "Al Araby" nəşrinin məlumatına əsasən, atılan mərmilərdən birinin isabət etdiyi bina tamamilə uçub. Yerli "Channel 12" telekanalı bu dağıntılar nəticəsində aralarında on yaşlı bir azyaşlının da olduğu 40 vətəndaşın xəsarət aldığını diqqətə çatdırıb. Həmçinin, hücum dalğasının Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyi Neqev səhrası istiqamətini də əhatə etdiyi bildirilir. Artan təhlükə fonunda həmin ərazidə son iyirmi dörd saat ərzində artıq yeddinci dəfə hava həyəcanı siqnalları işə salınıb.