Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində martın 21-də ölkə ərazisində 24 cinayətin açılması təmin edilib.

Postxronika.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, müxtəlif qanunazidd əməllər törətməkdə şübhəli bilinən 17 nəfər polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Axtarışda olan ümumilikdə 34 şəxs, o cümlədən borclu qismində axtarılan 17 nəfər tapılaraq aidiyyəti qurumlara təhvil verilib.

Gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 6, qanunsuz silah-sursatın saxlanılması ilə əlaqədar isə 7 fakt aşkar edilib.