"Fənərbaxça"nın ulduz futbolçusu Marko Asensio "Atletiko Madrid", "Sevilya" və xüsusilə "Vilyarreal" tərəfindən izlənilir.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, "Vilyarreal"ın mövsümün sonunda "Fənərbaxça"ya rəsmi təklif göndərməsi gözlənilir.
Postxronika.az xəbər verir ki, Asensio bu mövsüm 36 matçda iştirak edib, 13 qol vurub və 14 məhsuldar ötürmə edib. İspan ulduz Super Liqada 23 matçda 2712 dəqiqə oynayıb, 11 qol vurub və 12 məhsuldar ötürmə edib.