Trendyol Super Liqasında zirvə uğrunda mübarizə aparan "Trabzonspor" növbəti mövsüm heyətini gücləndirmək üçün transfer işlərinə erkəndən başlayıb. Baş məşqçi Fatih Tekkenin rəhbərliyi altında Qara dəniz təmsilçisi Avropada diqqət çəkən oyunçu ilə maraqlanır.
Postxronika.az xəbər verir ki, Fransa mətbuatına görə, "Trabzonspor" "AS Monako"nun seneqallı ulduzu Krepin Diattanı yaxından izləyir. 27 yaşlı qanad oyunçusunun müqaviləsinin 30 iyun 2026-cı ildə başa çatması gözlənilir.