Qətər ərazi sularında planlı təlim tapşırığını yerinə yetirən hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

Postxronika.az Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, faciə nəticəsində Qətər Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin 1 hərbçisi və Türkiyənin "Aselsan" şirkətinin 2 əməkdaşı həyatını itirib.

​Hadisə martın 21-i axşam saatlarında Qətər və Türkiyə silahlı qüvvələrinin birgə komandanlığının fəaliyyəti çərçivəsində baş verib.

Qətər Müdafiə Nazirliyinin ilkin rəsmi açıqlamasında qəzaya texniki nasazlığın səbəb olduğu bildirilir. Qəzadan dərhal sonra başlayan genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları nəticəsində 6 nəfərin meyiti tapılaraq sudan çıxarılıb, bir nəfərin axtarışları isə davam etdirilir.