İranda fevralın 28-dən bəri davam edən hücumlar nəticəsində 210 uşaq həyatını itirib, 1510-dan çox azyaşlı isə yaralanıb.
Postxronika.az xəbər verir ki, ölkənin Səhiyyə naziri Zəfərkəndi mülki əhalinin birbaşa hədəf alındığını açıqlayıb. Xüsusilə Minab şəhərindəki məktəbə edilən zərbə nəticəsində 168 şagird eyni anda faciəvi şəkildə dünyasını dəyişib. Hücumlar zamanı həmçinin 300 tibb mərkəzi ciddi zərər görüb, 30 təcili yardım avtomobili isə tamamilə sıradan çıxıb. Nazir bu hadisələri bölgədə baş verən ən ağır humanitar fəlakətlərdən biri kimi qiymətləndirib.