Prezidentin ailə üzvlərinə qarşı şantaj cəhdində şübhəli bilinən şəxsin kimliyi və fəaliyyəti ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Postxronika.az xəbər verir ki, bu barədə məlumat "Mir Şahinin vaxtı" proqramında yayımlanan sənədli filmdə öz əksini tapıb. Araşdırmalar nəticəsində bəlli olub ki, cinayət əməlinin əsas icraçısı əvvəllər müxtəlif media orqanlarında jurnalist kimi fəaliyyət göstərmiş 1976-cı il təvəllüdlü Fərid Salmanovdur.

Bildirilib ki, adıçəkilən şəxs bir qrup həmkarı ilə əlbir olaraq saxta videomateriallar vasitəsilə külli miqdarda vəsait tələb etməkdə ittiham olunur. O, sosial şəbəkə platformaları üzərindən qeyri-etik görüntülər yayacağı hədəsi ilə dövlət rəhbərinin yaxınlarına qarşı psixoloji təzyiq göstərməyə cəhd edib.

Hazırda qanunsuz yollarla mənfəət əldə etmək istəyən bu qrupun digər üzvləri barəsində də istintaq tədbirləri davam etdirilir.