Naxçıvanda gənc ailənin müəmmalı ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Postxronika.az xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində fərdi yaşayış evində qeydə alınıb. Evdən 1987-ci il təvəllüdlü Baxşəli Allahverdiyev və həyat yoldaşı, 1992-ci il təvəllüdlü Gülnarə Hüseynovanın cansız bədənləri tapılıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən ölümün dəqiq səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar təyin edilib.
Hadisə yerinə cəlb olunan mütəxəssislər faktla bağlı genişmiqyaslı təhqiqat aparırlar. Yaxın günlərdə ekspertiza rəyləri əsasında faciənin təfərrüatlarının tam aydınlaşacağı gözlənilir.