Pakistanın Baş naziri Şahbaz Şərifin Rusiyaya rəsmi səfərinin dəqiq vaxtı 2026-cı ilin ilk yarısında bəlli olacaq.
Postxronika.az xəbər verir ki, bu barədə məlumatı Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi "İzvestiya" qəzetinə müsahibəsində açıqlayıb.
Diplomatın sözlərinə görə, səfər tarixlərinin cari ilin aprel-iyun aylarını əhatə edəcəyi gözlənilir. Görüş çərçivəsində Pakistan hökumət başçısının Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparması planlaşdırılır. Hazırda tərəflər yüksək səviyyəli bu təmasın təşkili üzərində sıx iş aparırlar. Bu mühüm müzakirələr iki ölkə arasındakı ikitərəfli əlaqələrin gələcək inkişafına xidmət edəcək.