İspaniya La Liqasının 29-cu həftəsində keçirilən möhtəşəm Madrid derbisində "Real Madrid" evdə "Atletiko Madrid"i 3-2 hesabı ilə məğlub edib.
Postxronika.az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən matçın ilk hissəsində qonaq komanda oyunçusu Ademola Lukman fərqlənməyi bacarıb. İkinci hissədə Vinisius Junior penalti qolu ilə hesabı bərabərləşdirib. Cəmi 3 dəqiqə sonra, 55-ci dəqiqədə Federiko Valverdenin zərbəsi ilə ev sahibi 2-1 hesabı ilə irəli çıxıb. "Atletiko Madrid" 66-cı dəqiqədə Nahuel Molinanın qolu ilə hesabı bərabərləşdirsədə, bu uzun çəkməyib. 72-ci dəqiqədə Vinisius Junior cərimə meydançasının xaricindən möhtəşəm qol vuraraq komandasının qələbəsini təmin edib.