"Fənərbaxça" növbəti mövsüm üçün transfer hədəflərini açıqlayıb. Sarı-göylər heyətini gücləndirmək üçün 1 mərkəz müdafiəçi, 1 yarımmüdafiəçi və 1 hücumçu transferin vacib olduğunu bildirib.

Postxronika.az xəbər verir ki, Markos Senesi "Fənərbaxça"nın mərkəz müdafiəçisi namizədləri arasında yer alır. "Bournemouth"da oynayan 28 yaşlı argentinalı müdafiəçi daha böyük klublarda oynamaq istədiyini bildirib və "Bournemouth"dan gələn 3 müqavilə təklifini rədd edib.