Türkiyə milli idmançısı Toprak Razgatlıoğlu MotoGP Dünya Çempionatının ikinci mərhələsi olan Braziliya Qran Prisini 17-ci yerdə başa vurub. Goianiadakı 3,8 kilometrlik "Autodromo Ayrton Senna" trekində keçirilən yarışda Marko Bezzecchi 30 dəqiqə 19,760 saniyəlik nəticə ilə qalib gəlib.

Postxronika.az xəbər verir ki, "Red Bull" komandasında yer alan Toprak həmçinin 1 mart Tayland Qran Prisini 17-ci yerdə başa vurub.

MotoGP-də yarışan ilk türk idmançı üç dəfə Dünya Superbayk Çempionatını qazanıb.