ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının taleyi və İrandakı siyasi vəziyyətlə bağlı mühüm açıqlamalar verib.

Postxronika.az xəbər verir ki, CNN-ə müsahibə verən Amerika lideri strateji əhəmiyyətli su yolunun çox yaxında tam açılacağını bildirib. Trampın ən diqqətçəkən təklifi isə bu vacib gəmiçilik yolunun ABŞ və İranın birgə nəzarəti altında olmasını istəməsidir.

​Prezident eyni zamanda İranda ciddi rejim dəyişikliyinin baş verəcəyinə işarə edib. “Biz çox ağlabatan və möhkəm hesab etdiyim bəzi insanlarla işləyirik. Ölkə daxilindəki həmin şəxslər kim olduqlarını bilirlər”, – deyə Tramp qeyd edib.