"The Touchline" nəşrinin bukmeker əmsallarına əsasən yaydığı məlumata görə, "Barselona"nın hücumçusu Lamin Yamal 2026-cı il "Qızıl top" mükafatını qazanmağa ən şanslı namizəddir. Cari mövsümdə bütün turnirlər daxil olmaqla 40 matçda 21 qol və 16 məhsuldar ötürmə ilə fərqlənən gənc istedad öz parlaq çıxışı ilə diqqətləri üzərinə çəkib.
Postxronika.az xəbər verir ki, yenilənmiş reytinq cədvəlinin ilk beşliyində Kataloniya təmsilçisinin digər üzvü Pedri də qərarlaşıb. Nüfuzlu mükafata iddialıların siyahısında həmçinin Harri Keyn ("Bavariya"), Kilian Mbappe ("Real") və Erlinq Haalandın ("Mançester Siti") adları qeyd olunub. Hazırda La Liqaya 73 xalla liderlik edən komanda Çempionlar Liqasının dörddəbir finalında "Atletiko"la üz-üzə gələcək.