İran Silahlı Qüvvələri İsrailin “Təl-Nof” aviabazasına və ABŞ-nin İordaniya ərazisindəki “Əl-Əzraq” hərbi obyektinə zərbələr endirib. Ordunun mətbuat xidmətinin məlumatına əsasən, sübh saatlarında gerçəkləşən hücum zamanı ölkənin müxtəlif ərazilərindən havaya qaldırılmış pilotsuz uçuş aparatlarından istifadə edilib.
Postxronika.az xəbər verir ki, əməliyyat çərçivəsində Birləşmiş Ştatlara məxsus "F-35" və "F-15" döyüş təyyarələrinin saxlanıldığı məkanlar hədəfə alınıb. Bu həmlə ilə rəsmi Tehranın Təl-Əviv və Vaşinqtonun bölgədəki hərbi infrastrukturuna zərbə vurmağı planlaşdırdığı qeyd olunur.