Türkiyə Milli Futbol Komandasının 2026-cı il FIFA Dünya Kuboku pley-off matçları üçün heyətə çağırılan Aral Şimşir zədə səbəbindən heyətdən çıxarılıb.
Postxronika.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) məsələ ilə bağlı verdiyi açıqlama verib:
“FC Midtjylland" komandasında oynayan Aral Şimşir son matçında aldığı bud əzələsindən zədə aldığı üçün milli komandamızın Dünya Kuboku pley-off matçları üçün heyətdən çıxarılıb. Oyundan sonra Danimarkadan gələn müayinə və tibbi hesabatları nəzərdən keçirdikdən sonra milli komandanın tibbi heyəti zədənin təlim-məşq toplanışı zamanı sağalmayacağına qərar verib. Texniki heyət oyunçunun müalicəsini klubunda davam etdirməsinin məqsədəuyğun olduğuna qərar verib.”