Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Asiya naminə Boao Forumunda iştirak etmək məqsədilə Çinin Boao şəhərinə işgüzar səfərə gedib.

Postxronika.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Qionghai Boao beynəlxalq hava limanında parlamentin sədrini Hainan Əyalətinin vitse-qubernatoru Yanq Quigianq, Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Məlumata görə, səfər çərçivəsində spiker Sahibə Qafarovanın Asiya naminə Boao Forumunun rəsmi açılış mərasimində çıxış etməsi və bir sıra rəsmi görüşlər keçirməsi nəzərdə tutulub.