İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına qarşı dəqiq idarə olunan raketlərdən istifadə edərək əməliyyatın 80-ci dalğasının başladığını elan edib.


Postxronika.az Oxu.Az-a istinadla xəbər verir ki, bu açıqlamanı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) verib.

Qeyd olunub ki, 80-ci hücum dalğası zamanı əsas hədəflər İsrailin şimalındakı qüvvələrinin toplaşdığı ərazilərdir. SEPAH-ın məlumatına görə, bu ərazilər heç bir məhdudiyyət olmadan kütləvi raket və dron hücumlarına məruz qalacaq. SEPAH Təl-Əviv, Kiryat Şmon və Fars körfəzindəki ABŞ-nin dörd hərbi bazasının əsas hədəflər olduğunu bildirib.

Xəbərə görə, müəyyən edilmiş bütün hədəflərə maye və bərk yanacaqlı raket sistemləri, dəqiq idarə olunan bombalar və döyüş dronları ilə hücum edilib.