Xəzər dənizində zəlzələ baş verib.

Postxronika.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat  yayılıb.

Bildirilib ki, yerli vaxtla saat 13:57-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.