2026-cı il FIFA Dünya Kuboku Avropa Seçmə mərhələsinin pley-off mərhələsinin yarımfinalında sabah "Türkiyə" ilə qarşılaşacaq "Rumıniya" milli futbol komandası İstanbula gəlib.
Postxronika.az xəbər verir ki, məşqçi Mirça Luçeskunun rəhbərliyi altında "Rumıniya" milli komandasını daşıyan təyyarə İstanbul hava limanına eniş edib və təhlükəsizlik tədbirləri ilə avtobusla otellərinə yola düşüb.