Azərbaycan idmançıları Gürcüstanda keçirilmiş üzgüçülük üzrə Kutaisi Açıq Yaz Kubokunda uğurlu çıxış edərək ümumilikdə 47 medal qazanıblar.
Postxronika.az xəbər verir ki, yarışda ölkəmizi 8 üzgüçü təmsil edib:
Fərhad Şirməmmədli, Mehri Əbdürəhmanlı və Süleyman İsmayılzadə, Anastasiya Qnusina, Arif Tapdıqov, Mehdi Muxtarlı, Safiya Səmədova və Yusif Sofiyev.
Süleyman İsmayılzadə ümumi kateqoriya üzrə, Fərhad Şirməmmədli isə 2010-cu il təvəllüdlü və daha kiçik yaş üzrə ən yaxşı nəticə göstərərək kuboka layiq görülüblər. Həmçinin, yarış Azərbaycan üzgüçüləri üçün rekord nəticələrlə də əlamətdar olub:
Mehri Əbdürəhmanlı 50 metr arxasıüstə üzmə növündə 31.47 saniyə nəticə göstərərək Azərbaycan rekordunu yeniləyib, Süleyman İsmayılzadə isə 400 metr sərbəst üsulda 3:54.70 nəticə ilə yeni ölkə rekorduna imza atıb. Medal qazanmış Azərbaycan üzgüçülərinin siyahısını təqdim edirik:
- Anastasiya Qnusina – 7 qızıl, 4 gümüş
- Fərhad Şirməmmədli – 3 qızıl, 4 gümüş, 1 bürünc
- Süleyman İsmayılzadə – 3 qızıl, 1 gümüş, 1 bürünc
- Mehri Əbdürəhmanlı – 2 qızıl, 4 gümüş, 1 bürünc
- Safiya Səmədova – 2 qızıl, 3 gümüş, 1 bürünc
- Mehdi Muxtarlı – 1 qızıl, 1 gümüş, 1 bürünc
- Yusif Sofiyev – 2 gümüş, 4 bürünc
- Arif Tapdıqov – 1 bürünc