İran rəsmi Vaşinqtonun Yaxın Şərqdəki gərginliyi sonlandırmaq məqsədilə təqdim etdiyi sülh planından imtina edib.
Postxronika.az xəbər verir ki, "Press TV" telekanalı Tehranın münaqişəni dayandırmaq üçün beş əsas tələb irəli sürdüyünü bildirib. Mənbələr İslam Respublikasının müharibəni yalnız öz şərtləri tam təmin olunduğu təqdirdə yekunlaşdıracağını vurğulayır.
Bundan əvvəl "New York Times" qəzeti ABŞ-nin İrana 15 bənddən ibarət genişmiqyaslı nizamlanma layihəsi göndərdiyini yazmışdı. Lakin İran tərəfi hazırkı təkliflərin bölgədəki reallıqları tam əks etdirmədiyini hesab edərək öz qəti mövqeyini nümayiş etdirib. Hazırda tərəflər arasındakı ciddi fikir ayrılığı səbəbindən regionda sabitliyin bərpası qeyri-müəyyənliyini qoruyur.