İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü İbrahim Zülfəqari bölgədəki gərginliyi pik həddə çatdıran sensasion açıqlama ilə çıxış edib.

Postxronika.az xəbər verir ki, Zülfəqari keçirdiyi brifinqdə Yaxın Şərqdəki bütün ABŞ hərbi bazalarının İran tərəfindən məhv edildiyini iddia edib.

​Onun məlumatına görə, hücumlar nəticəsində hərbi infrastruktur sıradan çıxdığı üçün amerikalı komandirlər və hərbçilər bazaları tərk edərək sığınacaqlarda gizlənməyə məcbur olublar. "Biz onları axtarırıq və bölgə sakinlərini ABŞ hərbçilərinin gizləndiyi yerləri bildirməyə çağırırıq", – deyə Zülfəqari əlavə edib. O, həmçinin Amerikanın müharibəni dayandırmaq barədə təkliflərinin rədd edildiyini, münaqişənin yalnız Tehranın müəyyən etdiyi şərtlər və zaman çərçivəsində bitə biləcəyini vurğulayıb.