Martın 26-da polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməllərinə görə axtarışa verilmiş 6 nəfər müəyyən edilərək saxlanılıb.
Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə tutulan həmin şəxslər aidiyyəti üzrə istintaqa təhvil veriliblər.