"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı və tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat edib.
Postxronika.az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb. Məlumata görə, 48 yaşında həyatını itirən mərhum jurnalist bu gün dəfn olunacaq.
Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Mərhum uzun illər "Şərq" qəzetində çalışıb, daha sonra isə fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi könüllü olaraq ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb və göstərdiyi şücaətlərə görə bir neçə medalla təltif olunub.
Allah rəhmət eləsin!