"Star Wars" franşizasının əfsanəvi qəhrəmanı C-3PO robotunun orijinal kəllə hissəsi hərracda astronomik məbləğə satılıb. Bu nadir kino yadigarı kolleksiyaçılar arasında əsl rəqabətə səbəb olub.
Postxronika.az xəbər verir ki, "Propstore" hərracında 1980-ci ilin filminə aid işıqlı rekvizit 1.058.400 dollara alıcı tapıb. Bu göstərici auksionun ən böyük sövdələşməsi kimi "Jaws" və "The Lord of The Rings" kimi filmlərin eksponatlarını geridə qoyub. Sözügedən detal kolleksiya bazarında bu filmə aid məlum olan yeganə orijinal nüsxədir. Satış qiyməti franşizanın digər məşhur əşyalarının, o cümlədən Darth Vaderin işıq qılıncının uğurunu təkrarlayıb.
Hərracın ilk günündə 250-dən çox lotun satışı təşkilatçılara ümumilikdə 6,5 milyon dollar gəlir gətirib. Maraqlı nümunələr arasında Robert Şounun tüfəngi, Tom Henksin voleybol topu və Conni Deppin tapançası da yüksək qiymətə satılıb. "Ace Ventura" komediyasındakı kərgədan fiquru isə gözləntiləri aşaraq yeni sahibinə qovuşub. Kino tarixinə olan maraq köhnə çəkiliş avadanlıqlarının dəyərini hər il daha da artırır.