Martın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Postxronika.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, diplomatlar iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətindəki müsbət irəliləyişləri məmnunluqla qeyd ediblər. Tərəflər sülh prosesinin daha da irəlilədilməsi üçün atılan addımları yüksək qiymətləndiriblər. Müzakirələr zamanı, həmçinin regional məsələlər və beynəlxalq platformalar çərçivəsində birgə fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər qarşılıqlı maraq doğuran digər aktual mövzulara da toxunublar.