"Jalgiris"in fransız hücumçusu Silvain Fransisko, "Fənərbaxça Beko"nun oyun tərzinin onlarınkına çox bənzədiyini söyləyib. Bu gün Avroliqada "Fənərbaxça Beko"nun qonağı olacaq Litva komandasının 28 yaşlı oyunçusu klub kanalına açıqlama verib.

Postxronika.az xəbər verir ki, Silvain Fransisko "Sarı-göy" komandaya qarşı bu mövsüm ilk oyunları barədə açılamasında deyib:

"Əslində, onların oyun tərzi bizimki ilə eynidir, məncə, biz qardaş komandayıq. Matçın əvvəlində Bolduini müdafiə etməli və onun öz ritmini tapmasına mane olmalıyıq. Onun kimi bir oyunçunu özbaşına buraxsanız, onu dayandırmaq çətinləşir."