Budapeştdə Macarıstanın ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəhbər köməkçilərinin növbəti toplantısı keçirilib.
Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" platformasındakı rəsmi hesabında məlumat paylaşıb.
Görüş çərçivəsində Qəbələ Sammitinin yekunları təhlil olunub və rəsmi Bakının sədrlik prioritetləri əsasında təhlükəsizlik sahəsində tərəfdaşlığın vacibliyi diqqətə çatdırılıb. H.Hacıyev vurğulayıb ki, zəngin enerji resursları və strateji nəqliyyat dəhlizlərinə sahib olan Türk dünyası hazırda Avrasiyada həlledici geosiyasi mərkəz statusunu qazanmışdır. Müzakirələr zamanı qlobal çağırışlar fonunda müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.