Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu Azərbaycan və Türkiyə arasındakı münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib.
Postxronika.az xəbər verir ki, AKP rəsmisi bildirib ki, iki ölkə arasındakı bağlar sosial mediadakı hər hansı paylaşımlardan qat-qat üstündür.
Zorlunun sözlərinə görə, son zamanlar sosial şəbəkələrdə tərəflər arasında nifaq salmağa hesablanmış cəhdlər ciddi qəbul edilmir. O, bu münasibətləri "taleyin birləşdirdiyi yoldaşlıq" kimi xarakterizə edib.
AKP sədr müavini vurğulayıb ki, həm liderlər, həm də xalqlar səviyyəsində mövcud olan qardaşlıq əlaqələri sarsılmazdır.