Futbol üzrə Azərbaycan milli komandası bu gün keçirilən matçda Sent Lüsiya yığması ilə qarşılaşıb.
Postxronika.az xəbər verir ki, matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. Oyun Azərbaycan millisin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmanın heyətində qolları Emin Mahmudov, Rəhim Sadıxov, Musa Qurbanlı, Toral Bayramov, Vüsal İsgəndərli və Rüstəm Əhmədzadə vurub.
Qarşılaşmanı gürcüstanlı Giorgi Kruaşvili idarə edib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını martın 30-da eyni arenada Syerra Leone seçməsinə qarşı keçirəcək.