Azərbaycanın tanınmış MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti sınağına çıxıb.

Postxronika.az xəbər verir ki, 36 yaşlı idmançımız ABŞ-nin Sietl şəhərində keçirilən turnir çərçivəsində çilili İqnasio Bahamondeslə qarşılaşıb.

​Gərgin keçən qarşılaşmada idmançılar üç raund ərzində üstünlüyü əldə etməyə çalışsalar da, qalibi vaxtından əvvəl müəyyənləşdirmək mümkün olmayıb. Yekunda hakimlərin yekdil qərarı ilə Tofiq Musayev qalib elan edilib. Bu nəticə ilə təmsilçimiz UFC karyerasında ilk qələbəsini rəsmiləşdirib.

​Xatırladaq ki, Tofiq Musayev UFC-dəki debüt döyüşündə, ötən il iyunun 22-də Bakıda qırğızıstanlı Mıktıbek Orolbaya məğlub olmuşdu. Onun builki rəqibi İqnasio Bahamondes isə sonuncu dəfə Bakıdakı turnirdə digər təmsilçimiz Rafael Fiziyevə məğlub olub.