Belaruslu Aryna Sabalenka, Mayami Açıq Tennis Turnirin finalında amerikalı Koko Qauffu 2-1 hesabı ilə məğlub edərək çempionluğu qazanıb.

Postxronika.az xəbər verir ki, ABŞ-ın Mayami şəhərində keçirilən "ATP Masters 1000" turnirinin finalında Sabalenka 4-cü yerdə qərarlaşan Qaufla qarşılaşıb.

İki saat doqquz dəqiqə davam edən matçda Sabalenka rəqibini setlərdə 6-2, 4-6 və 6-3 hesabı ilə məğlub edərək turnirdə ardıcıl ikinci çempionluğunu təmin edib.