Formula 1 Dünya Çempionatı mövsümünün üçüncü yarışı olan Yaponiya Qran Prisini Mercedes-in italyan pilotu Kimi Antonelli qazandı.
Postxronika.az xəbər verir ki, poul mövqeyindən başlayan Antonelli yarışı 1 saat 28 dəqiqə 3,403 saniyəyə başa vuraraq mövsümün ardıcıl ikinci qələbəsini təmin edib. Hazırda pilotların sıralamasında 72 xalla liderlik edən 19 yaşlı italyan pilot Formula 1 tarixində ən gənc çempionluq lideri oldu.
McLaren-in avstraliyalı pilotu Oskar Piastri 13,722 saniyə geridə qalaraq ikinci yeri tutub.
Ferrari-nin monakolu pilotu Çarlz Lekler isə liderdən 15,270 saniyə geridə qalaraq üçüncü yeri tutub.