"Beşiktaş" rəhbərliyi texniki heyət tərəfindən müsbət qarşılanan seneqallı ulduz üçün hərəkətə keçib. Bildirilir ki, 33 yaşlı təcrübəli oyunçu mövsümün sonunda Avropaya qayıtmağa hazırlanır.

Postxronika.az xəbər verir ki, yeni mövsüm hazırlıqlarına erkən başlayan "Qara Qartallar" ulduz oyunçunu Səudiyyə Ərəbistandan gətirməyi planlaşdırır.

Ərəb mətbuatında yer alan xəbərlərə görə, "Beşiktaş" klubu Mane ilə ilkin danışıqlara başlayıb. Seneqallı superulduz özünü yenidən Avropada sübut etmək istəyir və çempionluğu hədəfləyən bir komandada oynamaq istəyir. Mövsümün sonunda "Əl-Nəsr"lə müqaviləsi başa çatacaq Mane azad agent olacağı üçün yüksək transfer bonusu tələb edəcəyi gözlənilir.