Venesuelada ard-arda baş verən iki güclü zəlzələ nəticəsində azı 32 nəfər həyatını itirib, 700-dən çox insan yaralanıb. Paytaxt Karakasda bir neçə bina dağılıb, elektrik və su təchizatında problemlər yaranıb.
Postxronika.az The Washington Post'a istinadən xəbər verir ki, ölkə rəhbərliyi fövqəladə vəziyyət elan edib və dağıntılar altında qalan insanların axtarışı davam etdirilir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar Venesuelaya yardım göndərməyə hazır olduqlarını açıqlayıblar.
Zülfiyyə Məmmədova