Yaponiyanın şimal-şərq sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar geniş ərazidə hiss olunub.

Postxronika.az Reuters'ə istinadən xəbər verir ki, səlahiyyətli qurumlar sunami təhlükəsinin olmadığını açıqlayıb. İlkin məlumata görə, nüvə obyektlərində hər hansı problem qeydə alınmayıb.


Zülfiyyə Məmmədova