Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər həyata keçirilib.
Postxronika.az xəbər verir ki, əməliyyat nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Görülən tədbirlərlə ümumi çəkisi 5 ton 200 kiloqram (5200 kq) olan 18 min 700 ədəd xaş-xaş kolu kökündən çıxarılaraq məhv edilib