Respublikanın hüquq-mühafizə orqanları tərəfindən müxtəlif səbəblərdən itkin düşmüş şəxslərin tapılaraq ailələrinə təhvil verilməsi istiqamətində növbəti uğurlu axtarış tədbirləri həyata keçirilib.
Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat x5idmətinin 3 iyul 2026-cı il tarixli rəsmi məlumatına istinadən xəbər verir ki, iyulun 2-də polis əməkdaşlarının keçirdikləri operativ axtarış tədbirləri nəticəsində daha 4 nəfərin yeri müəyyən olunub.