Roma Papası Leo Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illik yubileyi ərəfəsində ölkənin tarixən miqrantlara qucaq açmasını yüksək qiymətləndirib.

Postxronika.az xəbər verir ki, Katolik kilsəsinin rəhbəri ABŞ-nin fərqli xalqlara və mədəniyyətlərə sığınacaq vermək ənənəsinin ölkənin əsas güc mənbəyi olduğunu bildirib.

Papa yubiley münasibətilə səsləndirdiyi mesajında qeyd edib ki, Amerikanın inkişafı əsrlər boyu oraya pənah gətirən insanların əməyi sayəsində mümkün olub. O, həmçinin qlobal miqrasiya böhranının yaşandığı indiki dövrdə ABŞ-ni öz tarixi dəyərlərinə sadiq qalaraq, müxtəlif səbəblərdən evlərini tərk etmək məcburiyyətində qalan insanlara kömək əlini uzatmağa çağırıb.