Respublikanın hüquq-mühafizə orqanları tərəfindən müxtəlif səbəblərdən itkin düşmüş şəxslərin tapılaraq ailələrinə təhvil verilməsi istiqamətində növbəti uğurlu axtarış tədbirləri həyata keçirilib.

Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəsmi məlumatına istinadən xəbər verir ki, iyulun 3-də polis əməkdaşlarının keçirdikləri operativ axtarış tədbirləri nəticəsində daha 9 nəfərin yeri müəyyən olunub.