ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin son qarşılaşmalarından sonra növbəti raunda vəsiqə qazanan bütün komandaların adlarına aydınlıq gəlib.

Postxronika.az xəbər verir ki, bununla da turnirin 1/8 final mərhələsinin bütün cütlükləri və oyun cədvəli rəsmən müəyyənləşib.

​Mərhələ çərçivəsində keçiriləcək qarşılaşmaların proqramını təqdim edirik (Bakı vaxtı ilə):

​4 iyul

​21:00. Kanada – Mərakeş

​5 iyul

​01:00. Paraqvay – Fransa

​6 iyul

​00:00. Braziliya – Norveç

​04:00. Meksika – İngiltərə

​23:00. Portuqaliya – İspaniya

​7 iyul

​04:00. ABŞ – Belçika

​20:00. Argentina - Misir

​8 iyul

​00:00. İsveçrə – Kolumbiya

​Qeyd edək ki, dünya çempionatları tarixində ilk dəfə olaraq 48 komandanın iştirakı ilə təşkil edilən bu mötəbər turnirin final matçı iyulun 19-da keçiriləcək.