İyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Postxronika.az Milli Hidrometeorologiya Xidmətinin rəsmi məlumatına istinadən xəbər verir ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti təşkil edəcək. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 faiz, gündüz 50-55 faiz olacaq.

​Azərbaycanın rayonlarında isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

​Rayonlarda havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23°, bəzi yerlərdə isə 27-30° isti olacaq.