ABŞ Prezidenti Donald Tramp İranın sabiq Ali Rəhbəri Seyid Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Tehranla aparılan danışıqlarda bir həftəlik fasilə elan olunduğunu bildirib.
Postxronika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Donald Tramp Cənubi Dakotada, Müstəqillik Günü münasibətilə Raşmor dağında təşkil olunan tədbirdəki çıxışı zamanı qeyd edib ki, Birləşmiş Ştatlar dəfn mərasiminin keçirilməsi üçün İran tərəfinə bir həftə vaxt tanıyıb.
Ağ Ev rəhbəri, həmçinin rəsmi Tehranın yekun razılığın əldə olunmasında maraqlı göründüyünü də qeyd edib.